0
Saturday 20 February 2021 - 16:20

ABŞ Səudiyyə Ərəbistanına qarşı hərəkətə keçir?

Story Code : 917385
ABŞ Səudiyyə Ərəbistanına qarşı hərəkətə keçir?
ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan CNN müxbiri ilə müsahibə zamanı deyib: "Konqres qəbul etdiyi yeni qanunla hökumətdən Camal Kaşıkçının vəhşicəsinə öldürülməsi ilə bağlı hesabatın qeyri-məxfi hissələrini açıqlamasını istəyib.

Sullivan bildirib ki, hesabatın dərc olunacağı gün dəqiq bilinməsə də bu məsələ tez bir zamanda gerçəkləşəcək.

BMT Xüsusi Məruzəçisinin 2019-cu ildə yayımladığı hesabatda ətraflı məlumat verilir ki, Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki konsulluğunda Camal Kaşıkçını qətlə yetirərək, bədəninin qalıqlarını xüsusi amansızlıqla aradan qaldırmaq üçün plan hazırlayıblar.

Bu hesabatda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın da adı çəkilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA), Məhəmməd bin Salmanın Kaşıkçının qətlinə şəxsən göstəriş verdiyi qənaətinə gəlməsinə baxmayaraq, ABŞ-ın sabiq prezidenti Donald Tramp Səudiyyə vəliəhdini müdafiə edib.