QR CodeQR Code

ABŞ Səudiyyə Ərəbistanına qarşı hərəkətə keçir?

إسلام تايمز , 20 Feb 2021 16:20

İslamTimes: ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri CNN-ə bildirib ki, Bayden hökuməti tezliklə Camal Kaşıkçının ölümü ilə bağlı Konqresə məxfi olmayan bir hesabat göndərəcək.


ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan CNN müxbiri ilə müsahibə zamanı deyib: "Konqres qəbul etdiyi yeni qanunla hökumətdən Camal Kaşıkçının vəhşicəsinə öldürülməsi ilə bağlı hesabatın qeyri-məxfi hissələrini açıqlamasını istəyib.

Sullivan bildirib ki, hesabatın dərc olunacağı gün dəqiq bilinməsə də bu məsələ tez bir zamanda gerçəkləşəcək.

BMT Xüsusi Məruzəçisinin 2019-cu ildə yayımladığı hesabatda ətraflı məlumat verilir ki, Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki konsulluğunda Camal Kaşıkçını qətlə yetirərək, bədəninin qalıqlarını xüsusi amansızlıqla aradan qaldırmaq üçün plan hazırlayıblar.

Bu hesabatda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın da adı çəkilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA), Məhəmməd bin Salmanın Kaşıkçının qətlinə şəxsən göstəriş verdiyi qənaətinə gəlməsinə baxmayaraq, ABŞ-ın sabiq prezidenti Donald Tramp Səudiyyə vəliəhdini müdafiə edib.


Story Code: 917385

News Link :
https://www.islamtimes.org/az/news/917385/abş-səudiyyə-ərəbistanına-qarşı-hərəkətə-keçir

Islam Times
  https://www.islamtimes.org