QR CodeQR Code

ABŞ-da silahlı insident zamanı 3 nəfər ölüb, 2 nəfər yaralanıb

21 Feb 2021 07:41

İslamTimes: ABŞ-ın Luiziana ştatında silah mağazası yaxınlığında baş verən atışma nəticəsində azı üç nəfər ölüb, iki nəfər isə yaralanıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cefferson dairəsinin şerifi Periş Cozef Lopinto öz açıqlamasında bildirib.

“Twitter” vasitəsilə yayılan açıqlamaya görə, polis əməkdaşları şənbə günü yerli vaxtla saat 02:50-də (Bakı vaxtı ilə saat 00:50) atışma barədə məlumat alaraq hadisə yerinə gəliblər və orada odlu silahla yaralanmış bir neçə nəfəri görüblər. Onlardan üçü ölüb, ikisi isə xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti hazırda stabildir.

Şerifin dediyinə görə, şübhəli şəxs mağazanın içərisində iki nəfəri vurub, daha sonra çölə çıxıb və bu vaxt başqaları tərəfindən vurulub. O, yerindəcə keçinib.

 


Story Code: 917499

News Link :
https://www.islamtimes.org/az/news/917499/abş-da-silahlı-insident-zamanı-3-nəfər-ölüb-2-yaralanıb

Islam Times
  https://www.islamtimes.org