QR CodeQR Code

Tramp yenidən çıxış edəcək - Baydenin siyasəti...

21 Feb 2021 09:38

İslamTimes: ABŞ-ın keçmiş prezidenti Donald Tramp kürsüdən ayrıldıqdan sonra ilk dəfə çıxış edəcəyini açıqlayıb.


Teleqraf.com xəbər verir ki, Tramp bu ay Florida ştatının Orlando şəhərində keçiriləcək Mühafizəkarlar Siyasi Hərəkat İttifaqının (CPAC) illik toplantısında çıxış edəcəyini açıqlayıb. Görüş üçün tarix qeyd etməyən Trampın Demokrat Partiyasının siyasəti və mühafizəkar hərəkatın gələcəyi barədə danışacağı gözlənilir.

Eyni zamanda, Amerika Mühafizəkarlar Birliyinin ev sahibliyi edəcəyi toplantıda sabiq ABŞ prezidentinin Baydenin əfv və sərhəd siyasətini hədəf alacağı ehtimal edilir.

Qeyd edək ki, Tramp sonuncu dəfə yeni ABŞ prezidenti Baydenin andiçmə mərasimindən əvvəl həyat yoldaşı Melaniya Trampla kameralar qarşısında qısa çıxış edib.


Story Code: 917500

News Link :
https://www.islamtimes.org/az/news/917500/tramp-yenidən-çıxış-edəcək-baydenin-siyasəti

Islam Times
  https://www.islamtimes.org