0
Sunday 21 February 2021 - 11:00

Ərdoğan: ABŞ Konqresinə onlar hücum etdi

Story Code : 917526
Ərdoğan: ABŞ Konqresinə onlar hücum etdi
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, keçmişdəki təcrübələr bir terror təşkilatının əli ilə digərini məhv etməyə çalışmağın ağır nəticələrini göstərib:

“ABŞ Konqresinə edilən hücuma başçılıq edənlərin YPG/PYD-nin Suriya qolu ilə əlaqələri ortaya çıxıb. Bu hücumla terrorizmin insanlıqla bərabər, demokratiyanın da düşməni olduğu bir daha sübut edildi. Qlobal sülh və sabitlik üçün çalışan bütün ölkələrin terrorizmlə mübarizədə bir olması, prinsipial hərəkət etməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə keçən həftə 13 vətəndaşımızın şəhid olduğu xain terror hücumundan sonra bütün müttəfiqlərimizdən açıq mövqe gözləyirik”.