QR CodeQR Code

Rafael Qrossi Əli Əkbər Salehi ilə görüşdü

إسلام تايمز , 21 Feb 2021 12:34

İslamTimes: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ötən gün İranın Atom Enerjisi Agentliyinin rəsmiləri ilə görüşüb.


Öz istəyi ilə Tehrana yollanan Qrossi bu gün İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşüb.

Salehi ötən gün jurnalistlərə bildirib: "Sabah Rafael Qrossi ilə görüşdə BAEA-nın proqramında olan mövzular, iki tərəfli əməkdaşlıq çərçivəsində müzakirələr aparılacaq..."

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi ötən gün deyib: "Qrossi özü mövcud vəziyyətdə İran və MAQATE arasında yeni bir əməkdaşlıq növü hazırlanması üçün İrana gəlməkdə maraqlı olduğunu bildirmişdi. O İranla MAQATE arasındakı əməkdaşlığın zərər görməməsi üçün bunun zəruri olduğunu bildirmişdi..."


Story Code: 917550

News Link :
https://www.islamtimes.org/az/news/917550/rafael-qrossi-əli-əkbər-salehi-ilə-görüşdü

Islam Times
  https://www.islamtimes.org