0
Sunday 21 February 2021 - 12:34

Rafael Qrossi Əli Əkbər Salehi ilə görüşdü

Story Code : 917550
Rafael Qrossi Əli Əkbər Salehi ilə görüşdü
Öz istəyi ilə Tehrana yollanan Qrossi bu gün İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşüb.

Salehi ötən gün jurnalistlərə bildirib: "Sabah Rafael Qrossi ilə görüşdə BAEA-nın proqramında olan mövzular, iki tərəfli əməkdaşlıq çərçivəsində müzakirələr aparılacaq..."

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi ötən gün deyib: "Qrossi özü mövcud vəziyyətdə İran və MAQATE arasında yeni bir əməkdaşlıq növü hazırlanması üçün İrana gəlməkdə maraqlı olduğunu bildirmişdi. O İranla MAQATE arasındakı əməkdaşlığın zərər görməməsi üçün bunun zəruri olduğunu bildirmişdi..."