QR CodeQR Code

İsrail Knesset üzvündən qeyri-insani çağırış!

إسلام تايمز , 21 Feb 2021 19:24

İslamTimes: İşğalçı İsrail rejiminin Knesset üzvü, həmçinin sabiq Ədliyyə naziri olan İlit Şakid Qəzza zolağındakı Fələstin əhalisinin Covid-19 vaksini ilə təmin edilməməsini istəyib.


"Arabi 21" informasiya agentliyinin verdiyi məlumata görə, İlit Şakid bu istəyinə səbəb kimi sionist hərbçilərin cəsədlərinin Qəzza zolağında qalmasını göstərib. O deyib ki, Fələstin İsrail əskərkərinin cəsədlərini təhvil verməyib deyə, biz də fələstinlilərin vaksinlə təmin edilməsinə mane olmalıyıq.

Knesset üzvü bu həyasızcasına açıqlaması ilə kifayətlənməyərək, Qəzza əhalisinə humanitar yardım belə verilməməli olduğunu deyib.

Radikal "Yəhudi Evi" partiyasının üzvü Qəzzada həlak olmuş işğalçı sionist hərbçilərinin Qəzzada "nə edərkən" həlak olduğu ilə bağlı bir söz deməyib!


Story Code: 917595

News Link :
https://www.islamtimes.org/az/news/917595/israil-knesset-üzvündən-qeyri-insani-çağırış

Islam Times
  https://www.islamtimes.org