0
Sunday 21 February 2021 - 22:40

Sionist rejim ABŞ-ın İranla bağlı qərarını müzakirə edəcək

Story Code : 917618
Sionist rejim ABŞ-ın İranla bağlı qərarını müzakirə edəcək
"Jerusalem Post" qəzeti yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Bayden hökumətinin İranla bağlı qərarlarını müzakirə etmək üçün toplantı keçirilməsini istəyib.

"Kanal 12" bildirib ki, Netanyahu Co Baydenin İranla imzalanmış nüvə sazişinə (HBFP sazişi) geri dönməsi məsələsini müdafiə naziri Beni Qantz, xarici işlər naziri Qabi Eşkenazi və milli təhlükəsizlik naziri Meyer Ben Şebat kimi digər İsrail rəsmiləri ilə müzakirə edəcək.

ABŞ-ın ötən gün İranla müzakirələrə başlamaq istəməsini elan etməsindən cəmi bir neçə saat sonra sionist rejim bildirib ki, İranın "nüvə silahı"na yiyələnməsinə mane olmağa davam edəcək və bu mövzu ilə bağlı mövqeyi dəyişməyib.