0
Monday 22 February 2021 - 00:00

Ərdoğan Ruhani ilə regional məsələləri müzakirə edib

Story Code : 917633
Ərdoğan Ruhani ilə regional məsələləri müzakirə edib
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, liderlər telefon söhbətində Türkiyə ilə İran arasında əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələr, eləcə də regional məsələlərlə bağlı müzakirələr aparıblar.

Ərdoğan Türkiyə-İran əlaqələrinin güclənməsi üçün bütün cəhdləri davam etdirəcəklərini bildirib.

ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı birtərəfli sanksiyalardan imtina etmələrini və İran xalqının rifahı naminə ədalətsiz maneələrin aradan qaldırılmasını arzuladıqlarını vurğulayan Ərdoğan son bir neçə gündə bu mövzudakı açıqlamaların yeni bir fürsət yaratmasına ümid etdiyini bildirib.

Türkiyə Prezidenti iranlı həmkarına həmçinin deyib ki, bütün tərəflərin Hərtərəfli Birgə Fəaliyyət Planını yenidən aktivləşdirməsi ən məqbul çıxış yoludur və bütün çətinliklərə baxmayaraq, dialoq qapılarını açıq saxlamaq vacibdir.