QR CodeQR Code

Ərdoğan Ruhani ilə regional məsələləri müzakirə edib

22 Feb 2021 00:00

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, liderlər telefon söhbətində Türkiyə ilə İran arasında əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələr, eləcə də regional məsələlərlə bağlı müzakirələr aparıblar.

Ərdoğan Türkiyə-İran əlaqələrinin güclənməsi üçün bütün cəhdləri davam etdirəcəklərini bildirib.

ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı birtərəfli sanksiyalardan imtina etmələrini və İran xalqının rifahı naminə ədalətsiz maneələrin aradan qaldırılmasını arzuladıqlarını vurğulayan Ərdoğan son bir neçə gündə bu mövzudakı açıqlamaların yeni bir fürsət yaratmasına ümid etdiyini bildirib.

Türkiyə Prezidenti iranlı həmkarına həmçinin deyib ki, bütün tərəflərin Hərtərəfli Birgə Fəaliyyət Planını yenidən aktivləşdirməsi ən məqbul çıxış yoludur və bütün çətinliklərə baxmayaraq, dialoq qapılarını açıq saxlamaq vacibdir.


Story Code: 917633

News Link :
https://www.islamtimes.org/az/news/917633/ərdoğan-ruhani-ilə-regional-məsələləri-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org