QR CodeQR Code

Makron yenə NATO-nu tənqid etdi: Mənasız qurum...

22 Feb 2021 00:36

İslamTimes: Fransa Prezidenti Emmanuel Makron artıq NATO ilə mücadilə olunmasını mənasız saydığını bildirib.


Axar.az Musavat.com-a istinadla xəbər verir ki, fransız lider artıq bu təşkilatın aktual olmadığını qeyd edib.

Fransa dövlət başçısının sözlərinə görə, Şimali Atlantika Alyansı vaxtilə SSRİ ətrafında qurulan və hazırda mövcud olmayan Varşava müqaviləsi təşkilatına qarşı dayanmaq üçün yaradılıb.

“Bəzən biz artıq olmayan bir ideologiya və ya təşkilatla savaşmağa davam edirik. Bu isə Avropanın özünün bölünməsinə gətirib çıxarır”, - deyə Emmanuel Makron bildirib.

Prezident Makron BMT Təhlükəsizlik Şurasının da fəaliyyətini tənqid edib. Onun fikrincə, bu qurum iri bölgəsəl münaqişələrin həlli vasitəsi kimi sıradan çıxıb. Məsələn, Şura ABŞ və Çin arasındakı gərginliyi önləyə bilərdi, lakin Markona görə, Çin Xalq Respublikası çətin ki, bununla razılaşsın.

Xatırladaq ki, iki il bundan öncə Fransa prezidenti NATO-nun “beyin ölümü” keçirdiyini söyləmiş, bu da ABŞ-ın keçmiş prezidenti Donald Trampın qəzəbinə səbəb olmuşdu.

Donald Tramp fransızları nankorluqda suçlayaraq, “Əgər biz olmasaydıq, indi onlar alman dilində danışırdılar”, - demişdi.


Story Code: 917635

News Link :
https://www.islamtimes.org/az/news/917635/makron-yenə-nato-nu-tənqid-etdi-mənasız-qurum

Islam Times
  https://www.islamtimes.org