Baydenin köməkçisi ABŞ prezidentinin İranla danışıqlara hazır olduğunu bildirib
Story Code : 917675
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan “CBS” telekanalına müsahibəsində deyib.
O, diplomatiyanın ən yaxşı yol olduğuna inandıqlarını bildirib: “İran buna hələ cavab verməyib. Növbə İran tərəfindədir".
Rəsmi Tehran isə bildirib ki, ABŞ xoş niyyətini sübuta yetirmək üçün ilk öncə HBFP sazişinə dönərək, İran xalqına qarşı qeyri-insani sanksiyaları aradan qaldırmalıdır. Bundan sonra İran da sazişdəki öhdəliklərinə geri dönəcək.