0
Monday 22 February 2021 - 16:51

Çin ABŞ-dan HBFP Sazişinə dönməsini istədi

Story Code : 917756
Çin ABŞ-dan HBFP Sazişinə dönməsini istədi
Rusiyanın RT informasiya agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Çin bu qənaətdədir ki, ABŞ-la İran arasında dalana dirənmiş nüvə anlaşmasının yeganə həll yolu ABŞ-ın bu sazişə geri dönməsindədir.

Çinli diplomat əlavə edib: "ABŞ və müttəfiqləri vəziyyətin həssaslığını dərk edərək, İranla danışıqlar masasına qayıtmalıdırlar. Bütün tərəflər təmkinli davranmalı və vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməlidir."

Çin Xarici İşlər Nazirliyinin rəsmisi, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun Tehrandakı İran rəsmiləri ilə son danışıqlarına da münasibət bildirib. O deyib ki, Pekin BAEA ilə İran arasında əlaqələrin müsbət yöndə inkişaf edəcəyini inanır.