0
Tuesday 23 February 2021 - 09:32

Ağ Ev: ABŞ İranla müzakirəyə hazırdır, ama...

Story Code : 917863
Ağ Ev: ABŞ İranla müzakirəyə hazırdır, ama...
Ağ Evin mətbuat katibi Cen Psaki yeni ABŞ hökumətinin İranla münasibətləri bərpa etmək niyyətində olduğu ilə bağlı jurnalistlərə müsahibə verib.

Xanım Psaki ABŞ hökumətinin hər zaman İranla danışıqlara hazır olduğunu iddia edib. O deyib: "Biz hər zaman İranla danışıqlar masası arxasına oturmağa hazırıq. Amma İranın ön şərtlərini yerinə yetirməklə bağlı hansısa vəd verməmişik. İlk öncə diplomatiya yolu, müzakirələrə başlamaq istəyirik..."

Qeyd edək ki, bütün tərəflər HBFP sazişinə əməl etdiyi bir zaman, ABŞ bir neçə il öncə heç bir səbəbsiz, razılaşmanı pozaraq birtərəfli şəkildə sazişi tərk edib. Amma bu gün rəsmi Vaşiqnton diplomatiya tərəfdarı olduğunu bildirsə də, İranla danışıqlara başlamaq üçün ilk öncə sazişə geri dönmək fikrində olmadığını bildirir.