QR CodeQR Code

ABŞ ən güclü PUA-larını Rusiya sərhədinə göndərir

23 Feb 2021 09:53

İslamTimes: Pentaqon bir neçə üsulla Şərqi Avropada Moskvanın "qarşısını almağa" çalışacaq...


Pentaqon bir neçə üsulla Şərqi Avropada Moskvanın qarşısını almağa çalışacaq. Bura çoxmillətli hərbi təlimlərin keçirilməsi, strateji əhəmiyyətli ərazilərdə yerüstü uzaqmənzilli qanadlı raketlərin və müşahidə vasitələrinin yerləşdirilməsi daxildir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” jurnalında yayımlanan məqalədə bildirilib.

“Əfqanıstanda əməliyyatlar aparan ABŞ Hərbi Hava Qüvvələrinin 25-ci zərbə qrupu əməliyyatların mərkəzini dəyişir. İndi bu qruplaşma Avropada əməliyyatlar aparacaq. Bunun üçün Rumıniya və Baltikyanı ölkələrə “MQ-9 Reaper” kəşfiyyat-zərbə PUA-ları göndərilir”, - məqalədə bildirilib.

Məqalə müəllifinin yazdığına görə, terrorçulara qarşı hərbi əməliyyatlarda iştirak edən bu PUA-lar indi nəhənglərlə savaşda qiymətli silah ola bilər:

“Onun texniki effektivliyi və dəqiqliyi buna imkan verir, çünki “Reaper” düşmən hədəflərini izləyir və məhv edir. Bundan başqa ABŞ Hərbi Hava Qüvvələri yüksək texnologiyalı rəqiblə mübarizə aparmaq üçün bu silahı daim yeniləyir. Hazırda “MQ-9 Reaper” stels texnologiyasına malik deyil”.


Story Code: 917868

News Link :
https://www.islamtimes.org/az/news/917868/abş-ən-güclü-pua-larını-rusiya-sərhədinə-göndərir

Islam Times
  https://www.islamtimes.org