QR CodeQR Code

İran bu gündən Beynəlxalq Atom Agentliyi müfəttişlərinin qəfil nəzarətlərinin qarşısını alır

23 Feb 2021 12:13

İslamTimes: İran Parlamentinin “sanksiyaların zərərsizləşdirilməsi” ilə bağlı qəbul etdiyi qanun layihəsinə əsasən, rəsmi Tehran bu gündən BAEA müfəttişlərinin ölkənin nüvə təsisatlarına qəfil nəzarətlərini dayandırır.


SalamNews xəbər verir ki, Ayətullah Xamenei ötən günkü çıxışında ölkə parlamenti və hökumətini nüvə sazişindəki öhdəliklərin azaldılması ilə bağlı vahid mövqedən çıxış etməyə çağırıb.

Bundan sonra İran hökuməti də nüvə sazişində öhdəliklərin azaldılması istiqamətində “əlavə protokol”un icrasının bu gündən dayandırıldığını elan edib. Bu addım, BAEA-nin müfəttişlərinin İranın nüvə təsisatlarına nəzarət etməsini məhdudlaşdırır.

Bunun ardından Fransa Xarici İşlər Nazirliyi bəyanat verərək, İranın addımının narahatedici olduğunu bildirib.

Qeyd edək ki, İran nüvə sazişinə əvvəlki qaydada qayıtmaq üçün bütün ABŞ sanksiyalarının dayandırılmasını tələb edir.


Story Code: 917894

News Link :
https://www.islamtimes.org/az/news/917894/iran-bu-gündən-beynəlxalq-atom-agentliyi-müfəttişlərinin-qəfil-nəzarətlərinin-qarşısını-alır

Islam Times
  https://www.islamtimes.org