0
Tuesday 23 February 2021 - 18:49

Netanyahu İranla ABŞ arasında razılaşma imzalanmasını istəmir

Story Code : 917967
Netanyahu İranla ABŞ arasında razılaşma imzalanmasını istəmir
İsrail KİV-də yer alan xəbərlərə görə, Netanyahu bu gün İran İslam Respublikasına qarşı əsassız və uydurma ittihamları təkrarlayaraq deyib: "İran kimi bir "radikal rejim"lə bir razılaşma imzalanmasına qarşıyıq. Bu razılaşma İrana qarşı addım atılmasında məhdudiyyətlərə səbəb olacaq."

Netanyahu deyib ki, Şimali Koreya ilə oxşar razılaşmanın nəyə səbəb olduğuna şahid olmuşuq.

Bu günədək dəfələrlə qonşu dövlətlərin ərazilərinə işğalçı hücumlar təşkil edən, illərdir məzlum Fələstin xalqının başına bomba ələyən sionist rejim baş naziri əlavə edib: "Razılaşma imzalansa da, imzalanmasa da İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik."