QR CodeQR Code

Netanyahu İranla ABŞ arasında razılaşma imzalanmasını istəmir

إسلام تايمز , 23 Feb 2021 18:49

İslamTimes: İşğalçı İsrailin Baş naziri Benyamin Netanyahu bir daha İranla imzalanmış nüvə anlaşması və ABŞ-ın HBFP sazişinə qayıtması ehtimalına münasibət bildirib.


İsrail KİV-də yer alan xəbərlərə görə, Netanyahu bu gün İran İslam Respublikasına qarşı əsassız və uydurma ittihamları təkrarlayaraq deyib: "İran kimi bir "radikal rejim"lə bir razılaşma imzalanmasına qarşıyıq. Bu razılaşma İrana qarşı addım atılmasında məhdudiyyətlərə səbəb olacaq."

Netanyahu deyib ki, Şimali Koreya ilə oxşar razılaşmanın nəyə səbəb olduğuna şahid olmuşuq.

Bu günədək dəfələrlə qonşu dövlətlərin ərazilərinə işğalçı hücumlar təşkil edən, illərdir məzlum Fələstin xalqının başına bomba ələyən sionist rejim baş naziri əlavə edib: "Razılaşma imzalansa da, imzalanmasa da İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik."

 


Story Code: 917967

News Link :
https://www.islamtimes.org/az/news/917967/netanyahu-iranla-abş-arasında-razılaşma-imzalanmasını-istəmir

Islam Times
  https://www.islamtimes.org