QR CodeQR Code

İşğalçı İsrail rejimi HƏMAS üzvündən seçkilərə qatılmamasını tələb edib

إسلام تايمز , 23 Feb 2021 20:04

İslamTimes: İsrail kəşfiyyat xidməti HƏMAS-ın Qərb sahilindəki yüksək səviyyəli rəhbərlərindən olan Nayef ər-Rəcubdan qarşıdakı seçkilərdə iştirak etməkdən çəkinməyi tələb edib.


Əl-Qüds Əl-Ərabi saytının verdiyi məlumata görə, İsrail kəşfiyyat xidməti HƏMAS-ın Qərb sahilindəki yüksək səviyyəli rəhbərlərindən olan Nayef ər-Rəcubdan qarşıdakı seçkilərdə iştirak etməkdən çəkinməyi tələb edib.

İşğalçı İsrail ordusu Nayef ər-Rəcubun Əl-Xəlil şəhərinin Dora qəsəbəsindəki evinə basqın edərək ondan belə bir addım atmasını istəyib.

63 yaşlı Ər-Rəcub deyib:

"İşğalçı İsrail qüvvələri evimi mühasirəyə aldı və sionist hərbçilər mənim üzərimdə axtarış apardılar. Sonra sionist kəşfiyyat zabitlərindən biri mənimlə bu barədə danışdı və seçkilərə qatılmamağımı istəyərək, mənə xəbərdarlıq etdi.

Bu kəşfiyyat zabiti məndən təşviqat kampaniyasından çəkilməyi, adımı namizədlər siyahısından sildirməyi tələb etdi. Dedi ki, yalnız seçki günü seçki məntəqəsinə gedərək başqa bir namizədə səs verə bilərəm."


Story Code: 917986

News Link :
https://www.islamtimes.org/az/news/917986/işğalçı-israil-rejimi-həmas-üzvündən-seçkilərə-qatılmamasını-tələb-edib

Islam Times
  https://www.islamtimes.org