0
Wednesday 24 February 2021 - 09:18

Bu ölkə ABŞ vaksinindən imtina edib, Rusiya vaksinini seçdi

Story Code : 918056
Bu ölkə ABŞ vaksinindən imtina edib, Rusiya vaksinini seçdi
Qırğızıstan COVID-19-a qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin istifadəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, Bu barədə “RİA Novosti” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Qurumdan bildirilib ki, peyvəndin qeydiyyatı koronavirus infeksiyasının qarşısını almaq üçün yaxın gələcəkdə əhalinin vaksinasiyasına imkan verəcək.

Xatırladaq ki, ötən ay Qırğızıstan ABŞ istehsalı olan “Pfizer” peyvəndinin istifadəsindən soyuducu çatışmazlığı səbəbi ilə imtina etmişdi.