QR CodeQR Code

Sarkisyan ETİRAF ETDİ: "Atılan "İsgəndər" partlamayıb..."

24 Feb 2021 10:05

İslamTimes: Sarkisyan ETİRAF ETDİ: "Atılan "İsgəndər" partlamayıb..."


"44 günlük müharibədə “İsgəndər” raketi atılıb, amma partlamayıb və ya 10% partlayıb".

Publika.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan erməni xəbər portalı 1in.am-a müsahibəsində deyib.

O bildirib ki, yəqin bu raketlər 80-ci illərin istehsalıdır.

Xəbər portalı Sarkisyanın bu fikirlərinə təəccüblə yanaşıb. - “İsgəndər” raketlərinin kütləvi istehsalı 2006-cı ildə buraxılıbsa, onu necə 80-ci illərə aid etmək olar?

Serj Sarqsyan ötən günlərdə “İsgəndər” raketlərindən niyə istifadə olunmadığını sual etmişdi. Sarqsyanın sualının baş nazirə ünvanladığını yada salanda Paşinyan belə cavab verib: “Bəlkə o da bu suala cavab versin ki, niyə atılan “İsgəndər” partlamayıb və ya cəmi 10% partlayıb?.

Qeyd edək ki, Sarqsyan“İsgəndər” raketinin müharibənin sonunda Şuşaya atıldığı barədə etibarlı mənbədən məlumat aldığını bildirmişdi. /"Moderator"/


Story Code: 918065

News Link :
https://www.islamtimes.org/az/news/918065/sarkisyan-etiraf-etdi-atılan-isgəndər-partlamayıb

Islam Times
  https://www.islamtimes.org