QR CodeQR Code

Azərbaycanda daha bir müharibə iştirakçısı özünə qəsd etdi

24 Feb 2021 10:14

İslamTimes: Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib.


Axar.az xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib.

Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu.

Yardımlı rayon Polis Şöbəsindən Unikal.org-a faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.


Story Code: 918067

News Link :
https://www.islamtimes.org/az/news/918067/azərbaycanda-daha-bir-müharibə-iştirakçısı-özünə-qəsd-etdi

Islam Times
  https://www.islamtimes.org