0
Wednesday 24 February 2021 - 08:25

Keçmiş MKİ rəisi Kennedinin qətlində Xruşşovu günahlandırıb

Story Code : 918070
Keçmiş MKİ rəisi Kennedinin qətlində Xruşşovu günahlandırıb
APA xəbər verir ki, bu barədə “New York Post” nəşrinin Vulsi ilə kommunist Rumıniyasının Xarici Kəşfiyyat İdarəsinin general-leytenantı İon Paçep ilə yazdığı "Əjdaha Əməliyyatı: Kremlin Amerikaya Qarşı Gizli Müharibəsi" adlı kitabına istinad dərc etdiyi məqalədə bildirilir.

Müəlliflərə görə, Kennedini öldürən şəxs Li Harvey Osvald adlı KQB zabiti idi. İddiaya görə, SSRİ bu adamı 1957-ci ildə Yaponiyada ABŞ Donanmasında xidmət edərkən “əməkdaşlığa” cəlb edib. Bir sıra gizli tapşırıqları tamamladıqdan sonra Xruşşov ona ABŞ prezidentinə qarşı sərt addım atmağı şəxsən əmr edib.

"Osvald Sovet İttifaqında qalmaq istəsə də, Xruşşov onu Kennedini öldürmək üçün ABŞ-a qayıtmağa vadar edib. Osvald SSRİ-də bir qızla evlənir və 1962-ci ilin iyun ayında yenidən ABŞ-a göndərilir”, kitabda qeyd edilib.

Məqalədə daha sonra vurğulanıb ki, sonradan sovet hakimiyyəti Kennedini öldürmək "düşüncələrini dəyişdirir” və Osvalddan plandan imtina etməsi istənilir.

Müəlliflər Osvaldın "SSRİ-yə kor-koranə məhəbbət bəslədiyini" və əmrə tabe olmadığını vurğulayıblar.

Kitabda bu ifadələrə dair bütün dəlillər Varren Komissiyasının 26 cildlik hesabatında yer alıb. Ancaq sözügedən dəlillər o qədər "şifrələnmiş" şəkildə göstərilib ki, orada yazılanları hələ heç kim başa düşməyib.