QR CodeQR Code

İran Atom Agentliyinə QADAĞA QOYDU

25 Feb 2021 01:17

İslamTimes: İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar sərtləşdirildiyi üçün ölkə parlamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi müfəttişlərinin nüvə obyektlərində monitorinq aparmalarının qadağan olunmasına dair qanun qəbul olunub.


İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar sərtləşdirildiyi üçün ölkə parlamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi müfəttişlərinin nüvə obyektlərində monitorinq aparmalarının qadağan olunmasına dair qanun qəbul olunub. Cari ilin yanvarında qəbul olunan qanun fevralın 23-də qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Əli Rəbbi Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, ABŞ-ın yeni prezidenti sanksiyaları aradan qaldırmalı və üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan sonra danışıqları davam etdirmək olar.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi yanında daimi nümayəndəsi Kazım Qəribabadi isə deyib ki, qanunun qüvvəyə minməsi rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlıq etməyəcəyi anlamına gəlmir. Sanksiyalar 3 ay müddətində aradan qaldırılarsa, İran nüvə obyektləri barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə lazımi məlumatları verəcək. Əgər sanksiyalar ləğv edilməsə, İran nüvə obyektləri barədə məlumatları heç kimə verməyəcək.


Story Code: 918234

News Link :
https://www.islamtimes.org/az/news/918234/iran-atom-agentliyinə-qadağa-qoydu

Islam Times
  https://www.islamtimes.org