QR CodeQR Code

PKK lideri Murad Karayılanın həbsi xəbəri yayılıb

14 Aug 2011 19:20

IslamTimes - İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri açıqlama verib.


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əlaəddin Burucerdi PKK terror təşkilatının liderlərindən biri olan Murat Karayılanın İran tərəfindən həbsini təsdiqləyib. "Bu xəbər doğrudur. İranın kəşfiyyat orqanları PKK-nın iki nömrəli liderini həbs edib. Kəşfiyyat xidmətlərimiz Karayılanı həbs etməklə mühüm bir iş görüb", - Əlaəddin Burucerdi belə deyib.

----------
10:48

PKK terror təşkilatının liderlərindən biri olan Murad Karayılanın İran ordusu tərəfindən həbs olunduğu barədə xəbər yayılıb. Anspress məlumat verir ki, xəbəri Türkiyənin "TRT" kanalı yayıb.

Məlumata görə, İran ordusunun İraqla sərhəddə keçirdiyi antiterror əməliyyatı zamanı yaxalanan şəxslərdən birinin Murad Karailan olduğu açıqlanıb. Amma hələlik nə Türkiyə, nə də İran tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatına faktiki rəhbərliyi Murad Karayılan edirdi. O, PKK terror təşkilatına 1979-cu ildə qoşulub. Bir çox qətllər və terror hadisələrini törətməkdə ittiham olunan Murad Karayılan İnterpol xətti ilə axtarışda olub.

Milli.Az


Story Code: 91830

News Link :
https://www.islamtimes.org/az/news/91830/pkk-lideri-murad-karayılanın-həbsi-xəbəri-yayılıb

Islam Times
  https://www.islamtimes.org