QR CodeQR Code

ABŞ jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli olduğunu hesab edir

27 Feb 2021 09:20

İslamTimes: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın müxalifətçi jurnalist Camal Qaşıqçının qətlini şəxsən təsdiqlədiyini düşünür.


Bu barədə “Reuters” müvafiq hesabata istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, vəliəhd şahzadə jurnalisti krallıq üçün təhdid kimi qiymətləndirib və onu susduracaq tədbirləri dəstəkləyib. Məlumatda deyilir ki, ABŞ tərəfi Məhəmməd ibn Salmanın şəxsən Qaşıqçının aradan qaldırılması üçün əmr verə biləcəyini güman edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan jurnalist C.Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda itkin düşmüşdü. Səudiyyə Ərəbistanı Baş Prokurorluğu sonradan jurnalistin ölümünü etiraf etdi.

İstintaqla əlaqədar 21 nəfər saxlanılıb: onlardan 11-i ittiham olunub və beş nəfərə qarşı qətlin birbaşa iştirakçısı olmaq ittihamı ilə edam cəzası tələb edilib.

Məhkəmə qərarına əsasən, beş nəfər 20 il, altıncı təqsirləndirilən şəxs 10 il, daha iki nəfər yeddi il həbs cəzasına məhkum edilib.

Amma məhkum edilən şəxslərin heç biri qətlin sifarişçisi deyil! Ali-Səud rejimi gözdən pərdə asmaq üçün bir neçə nəfəri cəzalandıraraq, şahzadənin bu qorxunc cinayətini gizləmək niyyətindədir.

 


Story Code: 918595

News Link :
https://www.islamtimes.org/az/news/918595/abş-jurnalist-qaşıqçının-qətlində-səudiyyə-şahzadəsinin-əli-olduğunu-hesab-edir

Islam Times
  https://www.islamtimes.org