QR CodeQR Code

ABŞ Səudiyyə Ərəbistanından olan 76 nəfərə sanksiya tətbiq etdi

27 Feb 2021 08:54

İslamTimes: ABŞ jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı sanksiya tətbiq edib.


Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Mən yeni viza məhdudiyyəti ilə bağlı “Qaşıqçı qadağası” elan edirəm. Bu, öz işlərində dissident hesab olunan jurnalist, fəal və digər şəxslərə qarşı xarici hökumətlər adından hərəkət edərək ciddi eksterritorial addımlar atan, təqib və təhdid edənlərə viza məhdudiyyəti tətbiq etməyə imkan verir. Başlanğıc üçün Dövlət Departamenti “Qaşıqçı qadağası” çərçivəsində hərəkət edərək Qaşıqçı cinayəti də daxil olmaqla, xaricdəki dissidentləri təhdid etdiklərinə inandığımız 76 Səudiyyə Ərəbistanı vətəndaşına viza məhdudiyyəti tətbiq etdi”, - Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ dissident və jurnalistləri təqib edənləri cəzalandırmaq niyyətindədir.


Story Code: 918599

News Link :
https://www.islamtimes.org/az/news/918599/abş-səudiyyə-ərəbistanından-olan-76-nəfərə-sanksiya-tətbiq-etdi

Islam Times
  https://www.islamtimes.org