QR CodeQR Code

ABŞ-da ötən əsrin 40-cı illərindən sonra bir ilk - Ən pisi oldu...

27 Feb 2021 10:01

İslamTimes: COVID-19 epidemiyasına qarşı görülən karantin tədbirləri səbəbindən ABŞ iqtisadiyyatı 2020-ci ili 3.5 faiz daralma ilə başa vurub.


Teleqraf.com xəbər verir ki, bu, ABŞ Ticarət Nazirliyinin 2020-ci ilin dördüncü rübündə ümumi daxili məhsul (ÜDM) məlumatlarına dair hesabatında öz əksini tapıb.

Məlumata görə, ABŞ-da ÜDM ilin dördüncü rübündə illik bazda 4,1 faiz, əvvəlki rübə görə 2 faiz artıb.

Daralma ABŞ iqtisadiyyatında 1946-cı ildən bəri ən pis göstəricisi kimi qeydə alınıb.

Ölkədəki fərdi xərclər əvvəlki rübə görə 1,4 faiz artaraq gözləntilərə cavab verib.

Qeyd edək ki, ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 5 faiz, ikinci rübdə 31,4 faiz nisbətində daralıb, üçüncü rübdə isə 33,4 faiz böyüyüb.


Story Code: 918603

News Link :
https://www.islamtimes.org/az/news/918603/abş-da-ötən-əsrin-40-cı-illərindən-sonra-bir-ilk-ən-pisi-oldu

Islam Times
  https://www.islamtimes.org