0
Saturday 27 February 2021 - 13:37

Bayden Səudiyyə rejimindən uzaqlaşmaq istəyir?

Story Code : 918667
Bayden Səudiyyə rejimindən uzaqlaşmaq istəyir?
ABŞ Prezidenti Co Bayden bildirib ki, o cümə günü Səudiyyə Kralı Salman bin Əbdüləzizlə telefonla əlaqə saxlayıb. Bayden krala Səudiyyə Ərəbistanındakı insan haqları pozuntuları ilə bağlı halların aradan qaldırılmalı olduğunu söyləyib. O bu mövzunu ABŞ-Səudiyyə münasibətləri üçün ön şərt olaraq irəli sürüb.

Bayden ispaniya dilli bir şəbəkəyə verdiyi müsahibədə əlavə edib: "Artıq hər şeyin dəyişdiyini ona izah etdim. Bu gün və bazar ertəsi əhəmiyyətli dəyişikliklərlə bağlı açıqlama verəcəyik."

ABŞ Maliyyə Nazirliyi cümə axşamı Səudiyyə Ərəbistanından olan Camal Kaşıkçının vəhşicəsinə qətlə yetirilməsinə dair hesabat dərc edib və bu qətlə görə Səudiyyə Ərəbistanından olan bir neçə nəfərə sanksiya tətbiq edib.

ABŞ kəşfiyyatı şahzadə Məhəmməd Bin Salmanın qətldə əli olduğunu bildirir.