0
Saturday 27 February 2021 - 15:44

ABŞ komandiri: “Əynul Əsədi boşaltmasaydıq, 150 nəfəri itirəcəkdik”

Story Code : 918674
ABŞ komandiri: “Əynul Əsədi boşaltmasaydıq, 150 nəfəri itirəcəkdik”

Deyerler.org xəbər verir ki, CBS News-un müxbiri David Martin, bazar günü (28 fevral) “60 Dəqiqə” proqramında ABŞ-ın İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Hacı Qasım Süleymaninin öldürməsinə cavab olaraq, İranın ABŞ-ın İraqın Ənbar vilayətindəki Əynul Əsəd aviabazasına raket zərbələrini izah edib.
 
CBS News-un verdiyi məlumata görə, keçən ilin (2020-ci il) yanvarında İran ABŞ qüvvələrinə qarşı bu günə qədər ən böyük ballistik raket hücumunu həyata keçirib və 11 raketlə 2000 ABŞ əsgəri və çoxlu sayda təyyarənin olduğu Əynul Əsəd bazasını vurub. Raketlər min funtdan (453 kiloqramdan çox) ağırlığında döyüş başlığı daşıyırdı.
 
ABŞ Mərkəzi Qüvvətlər Komandanlığının (CENTCOM) Qərbi Asiya bölgəsindəki komandiri general Frenk Kennet Makkenzi, CBS-in müxbirinə İranın Əynul Əsədə raket atdığını söyləyərək, belə deyir: “Elə şeylər olurdu ki, burada düzgün bir iş görməsəydik, bizi müharibəyə apara bilərdi”.
 
Məlumata görə, “60 Dəqiqə” proqramı fraqmentində, Əynul Əsəd istiqamətində gedən döyüş başlıqlarının yayımlanmamış dron görüntülərinin əldə edidiyi və ABŞ hərbi komandirlərindən birinin kadrları “Sanki yanınızdan keçən bir yük qatarı kimi görünür” kimi izah etdiyi görünür.
 
Məlumata görə, Martinin hesabatında İranın Əynul Əsəd bazasına etdiyi raket hücumundan xilas olanlar barədə ilk xəbərlər yer alır (CBS-in “60 Dəqiqə” proqramı 28 fevral, bazar günü yerli vaxtla saat 19: 00-da yayımlanacaq).
 
Bu hesabatda general Makkenzi CBS müxbirinə İranın cavab hücumunu təsvir edərkən belə deyib: “Kəşfiyyat məlumatlarında gördük ki, İraqdakı qüvvələrimizə, səfirliyimizə və oradakı digər bazalara bir sıra hücumların edilməsi saatlarla, bəlkə də günlər və ya həftələr çəkə bilməz”.
 
Makkenzi daha sonra ABŞ kəşfiyyat orqanlarının İranın raket zərbəsinə hazırlaşdığını öyrəndikdə, 1000 ABŞ əsgəri və 50 təyyarənin Əynul Əsəd bazasından çıxarılması üçün kifayət qədər vaxtı olduğunu söyləyib.
 
CENTCOM komandiri İran raketlərinin dəqiqliyini və baza boşaldılmadığı təqdirdə İranın Əynul Əsəd bazasına hücumunun intensivliyini belə izah edir: “Düşünürəm ki, vaxtında təxliyə etməsəydik ehtimal ki, 20 və ya 30 təyyarə və 100 - 150 nəfər (ABŞ əsgəri) itirə bilərdik. Amerikalılar ölsəydi, intiqam alardıq”.
 
Məlumata görə, İran ümumilikdə 16 raket atdı, onlardan 11-i Əynul Əsəd aviabazasına düşüb.
 
Makkenzi daha sonra sözünə belə davam davam edib: “Bu, qətiliklə görmədiyimiz və yaşadığımız bir hücum idi ... raketlər dəqiq idi. Vurmaq istədikləri yeri dəqiq olaraq vurdular”.
 
Conson: “Raketin səsi yük qatarının səsinə bənzəyirdi”
 
Əynul Əsəddəki Amerika qüvvələrinin komandirlərindən olan Alan Conson da hücumun baş verdiyi günü belə xatırlayır: “Təxminən 135 metr olan (yeraltı sığınacaqlara) enməyə başladıq, dəhşətli səs gələndə eşidilən yolun üçdə birini qət etmişdik. “Sığın, sığın, sığın” səsləri gəlirdi. Növbəti raketin nə vaxt vuracağını bilmirdim”.
 
O, raketlərin səsini təsvir edərkən deyib ki, sanki yanınmızdan yük qatarı keçdi.
 
Təxminən 40 nəfər yalnız 10 nəfərin kiçik hücumlardan qorumaq üçün hazırlanmış sığınacağa sıxılmışdı. Hələ də kabuslar görürəm və qulaqlarımda hadisə səslənir”.
 
Xatırladaq ki, İranın Əynul Əsəd bazasına cavab hücumlarından sonra, Pentaqon bir müddət gizli qaldıqdan sonra 109 Amerika əsgərinin raket zərbəsi nəticəsində beyin travması aldığını elan etmişdi.
 
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Hacı Qasım Süleymaninin öldürülməsinə verdiyi cavabın bir hissəsi olaraq 7 yanvarda Əynul Əsəd bazasına raket zərbələri etmişdi. Hücumdan sonra yayımlanan peyk görüntüləri bazadakı bir çox nöqtənin yüksək dəqiqliklə vurulduğunu göstərir.
 
 
Hücumdan sonra ABŞ-ın eks-prezidenti Donald Tramp “hər şeyin qaydasında olduğunu” və heç bir ABŞ əsgərinin yaralanmadığını iddia etsə də, Pentaqon hücumun vurduğu zərər və ziyana dair statistik məlumat yaymışdı.
 
Source : Deyerler
Tagged
abş Iran
Comment