QR CodeQR Code

Makkenzi: İranın hücumu zamanı müharibə başlamasın deyə bəzi yerində qərarlar verdik!

إسلام تايمز , 27 Feb 2021 16:31

İslamTimes: Amerikalı ordu komandiri İranın ABŞ hərbçilərinə raketlərlə dəhşətli hücumu zamanı ABŞ-ın 150 hərbçisinin son anda necə xilas edildiyindən danışıb.


CBS News müxbiri David Martin, bazar günü "60 Dəqiqə" proqramında ABŞ terrorçularının Qasim Slüeymanini şəhid etməsindən sonra İranın cavab olaraq həyata keçirdiyi əməliyyatdan söz açıb. Prqoramda İranın Əl-Ənbar əyalətindəki ABŞ hərbi bazasına raket zərbələri endirməsi geniş müzakirə edilib.

CBS News-un məlumatına görə, ötən ilin yanvar ayında İran ABŞ qüvvələrinə qarşı bu günə qədər ən böyük ballistik raket hücumunu həyata keçirməklə tarixə düşdü. Bu hücum zamanı İran 453 kiloqram ağırlığında başlığa malik 11 raketlə 2000 ABŞ əsgərinin və çox sayda təyyarənin olduğu Eynül-Əsəd bazasını yerli bir etdi.

Amerika ordusunun komandanı general Makkenzi bildirib ki, onlar İranın raket hücumuna hazılaşdığını öyrəndikdən sonra 1000 hərbçini təcili olaraq, oradan çıxarıb və 150-dən çox ABŞ hərbçisinin həlak olmasının qarşısını aldıb.


Story Code: 918682

News Link :
https://www.islamtimes.org/az/news/918682/makkenzi-iranın-hücumu-zamanı-müharibə-başlamasın-deyə-bəzi-yerində-qərarlar-verdik

Islam Times
  https://www.islamtimes.org