QR CodeQR Code

Nensi Pelosi: Hökumətin Səudiyyə Ərəbistanı rəsmilərini məsuliyyətə cəlb etməsini dəstəkləyirik!

إسلام تايمز , 27 Feb 2021 16:51

İslamTimes: ABŞ Konqresinin spikeri Nensi Pelosi Səudiyyəli jurnalist Camal Kaşıkçının qətlinə dair hesabatın yayımlanmasına münasibət bildirib.


Xanım Nensi Pelosi deyib: "Kəşfiyyat Orqanının şok hesabatı dünya üçün çoxdan bəri məlum olan bir məsələni təsdiqlədi. Bu həqiqət Camal Kaşıkçının Səudiyyə rəsmiləri, o cümlədən Şahzadə Məhəmməd Bin Salmanın əmri ilə vəhşicəsinə öldürülməsi hadisəsi idi. Bu çirkin cinayət qanun aliliyinin və insan haqlarının ayaq altına alınmasıdır."

Nensi Pelosi əlavə edib: "ABŞ hökuməti Səudiyyə Ərəbistanı hökumətində insan haqlarının pozulmasını, bu cinayətlə bağlı hesabatı nəzərə alaraq Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirməlidir. ABŞ Konqresi, insan haqları pozuntularında şəffaflığı gücləndirməklə, təhlükəsizliyimizin artmasına səbəb olacaq həmkarlıqlarımızı genişləndirməklə bağlı daim Prezident Co Baydenin yanındadır. Biz hökumətin Səudiyyə Ərəbistanının məsuliyyətə cəlb edilməsi üçün atdığı addımları, o cümlədən insan haqlarını pozan Səudiyyə rəsmilərinə viza verilməməsini tam dəstəkləyirik."


Story Code: 918687

News Link :
https://www.islamtimes.org/az/news/918687/nensi-pelosi-hökumətin-səudiyyə-ərəbistanı-rəsmilərini-məsuliyyətə-cəlb-etməsini-dəstəkləyirik

Islam Times
  https://www.islamtimes.org