0
Saturday 27 February 2021 - 19:48

İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib

Story Code : 918763
İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli-Əkbər Salehi deyib.

İran rəsmisi bu gün verdiyi açıqlamasında bildirib ki, illər öncə tikintisinə start verilən (və müvəqqəti dayandırılan) iki nüvə obtektinin inşası davam etdirilir.

Qeyd edək ki, Əli-Əkbər Salehi bundan öncə verdiyi açıqlamada, sanksiyaların üç ay ərzində ləğv edilməyəcəyi təqdirdə ölkənin nüvə təsisatlarında olan kameraların yığışdırılacağını deyib.