0
Saturday 27 February 2021 - 22:42

"Baydenin məqsədi Bin Salmanı cəzalandırmaq yox, alçaltmaqdır"

Story Code : 918775
"Baydenin məqsədi Bin Salmanı cəzalandırmaq yox, alçaltmaqdır"
Livanın "Əl-Əxbar" qəzeti, Səudiyyəli tənqidçi jurnalist Camal Kaşıkçının qətli ilə bağlı ABŞ MKİ-nin hesabatı barədə yazıda bildirib:

"ABŞ Prezidenti Co Bayden administrasiyası Camal Kaşıkçının qətli ilə bağlı hesabatı yayımlamaqla Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana qarşı mühasirəni daha da daraltdı. Bu mühasirə 2018-ci ilin payızında Səudiyyə Ərəbistanının İstanbul Konsulluğundakı qətl hadisəsindən sonra hər ötən gün daha da daralır.
Bu qətlin bədəli Səudiyyə rejimi taxt-tacının "islahatçı" şahzadəsi Bin Salmanın düşündüyündən daha da ağır oldu. Səudiyyə rəhbərliyi Vaşinqtonla tarixi müttəfiqliyini davam etdirərək hesabatın şokunu aradan qaldırmaq istəsə də, yeni ABŞ hökuməti açıq şəkildə bildirdi ki, Trampın siyasətləri nəticəsində zədələnmiş münasibətləri yoluna qoymaq və Bin Salmanı yerinə oturdaraq evinə göndərmək niyyətindədir. ABŞ Bin Salmanı cəzaladırmaqdan daha çox təhqir edərək, ona yerini göstərmək niyyətindədir..."