QR CodeQR Code

"Baydenin məqsədi Bin Salmanı cəzalandırmaq yox, alçaltmaqdır"

إسلام تايمز , 27 Feb 2021 22:42

İslamTimes: Camal Kaşıkçının qətlinin bədəli Səudiyyə rejimi taxt-tacının "islahatçı" şahzadəsi Bin Salmanın düşündüyündən daha da ağır oldu.


Livanın "Əl-Əxbar" qəzeti, Səudiyyəli tənqidçi jurnalist Camal Kaşıkçının qətli ilə bağlı ABŞ MKİ-nin hesabatı barədə yazıda bildirib:

"ABŞ Prezidenti Co Bayden administrasiyası Camal Kaşıkçının qətli ilə bağlı hesabatı yayımlamaqla Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana qarşı mühasirəni daha da daraltdı. Bu mühasirə 2018-ci ilin payızında Səudiyyə Ərəbistanının İstanbul Konsulluğundakı qətl hadisəsindən sonra hər ötən gün daha da daralır.
Bu qətlin bədəli Səudiyyə rejimi taxt-tacının "islahatçı" şahzadəsi Bin Salmanın düşündüyündən daha da ağır oldu. Səudiyyə rəhbərliyi Vaşinqtonla tarixi müttəfiqliyini davam etdirərək hesabatın şokunu aradan qaldırmaq istəsə də, yeni ABŞ hökuməti açıq şəkildə bildirdi ki, Trampın siyasətləri nəticəsində zədələnmiş münasibətləri yoluna qoymaq və Bin Salmanı yerinə oturdaraq evinə göndərmək niyyətindədir. ABŞ Bin Salmanı cəzaladırmaqdan daha çox təhqir edərək, ona yerini göstərmək niyyətindədir..."


Story Code: 918775

News Link :
https://www.islamtimes.org/az/news/918775/baydenin-məqsədi-bin-salmanı-cəzalandırmaq-yox-alçaltmaqdır

Islam Times
  https://www.islamtimes.org