0
Saturday 27 February 2021 - 23:14

Livan ordusu sionistlərdən BMT-yə şikayət etdi

Story Code : 918777
Livan ordusu sionistlərdən BMT-yə şikayət etdi
Livan ordusu Qüdsdəki işğalçı rejimə qarşı şikayət mətni tərtib edərək onu BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Livan bu şikayətə səbəb kimi hava məkanının sionistlər tərəfindən dəfələrlə pozulmasını və sionist rejim qırıcılarının Livan səmasında tez-tez uçuşlar etməsini göstərib.

Bu gün Livan Silahlı Qüvvələri öz açıqlamasında bildirib ki, ölkənin hava sahəsi yenidən pozulub və pilotsuz təyyarələr işğal altındakı ərazilərdən Livan səmasına daxil olub.

Livan Silahlı Qüvvələri qeyd edib ki, Livanda yerləşən BMT sülhməramlı qüvvələrinin ölkənin hava məkanının pozulması məsələsini ciddi şəkildə araşdıracaq.