QR CodeQR Code

Livan ordusu sionistlərdən BMT-yə şikayət etdi

إسلام تايمز , 27 Feb 2021 23:14

İslamTimes: Livan ordusu hava məkanını pozduğu üçün Sionist rejimdən BMT Təhlükəsizlik Şurasına şikayət etdi.


Livan ordusu Qüdsdəki işğalçı rejimə qarşı şikayət mətni tərtib edərək onu BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Livan bu şikayətə səbəb kimi hava məkanının sionistlər tərəfindən dəfələrlə pozulmasını və sionist rejim qırıcılarının Livan səmasında tez-tez uçuşlar etməsini göstərib.

Bu gün Livan Silahlı Qüvvələri öz açıqlamasında bildirib ki, ölkənin hava sahəsi yenidən pozulub və pilotsuz təyyarələr işğal altındakı ərazilərdən Livan səmasına daxil olub.

Livan Silahlı Qüvvələri qeyd edib ki, Livanda yerləşən BMT sülhməramlı qüvvələrinin ölkənin hava məkanının pozulması məsələsini ciddi şəkildə araşdıracaq.


Story Code: 918777

News Link :
https://www.islamtimes.org/az/news/918777/livan-ordusu-sionistlərdən-bmt-yə-şikayət-etdi

Islam Times
  https://www.islamtimes.org