Publika.az xəbər verir ki, bu barədə moldovalı yazıçı Paula Erizanu “The Guardian”a açıqlamasında deyib.
Onun sözlərinə görə, Moldovada indiyə qədər vaksinasiya işlərinin aparılmaması böyük problemdir. Ancaq yoluxma hallarının hər gün artdığını nəzərə alsaq, ölkədə başlıca problem səhiyyə sistemi və xəstəxanalardakı vəziyyətlə bağlıdır. Moldovadakı xəstəxanalar baxımsız vəziyyətdədir.
Yazıçı bildirib ki, xəstəxanalardan yayılan videolar şəraitin necə vahiməli olduğunu göstərir.
“Vətəndaşlar xəstəxana tualetində həyatlarını itirirlər”, - deyə yazıçı vurğulayıb.