QR CodeQR Code

Erizanu HƏYƏCAN TƏBİLİ ÇALDI: "İnsanlar xəstəxana tualetlərində ölürlər"

28 Feb 2021 09:13

İslamTimes: “Bir çox qərbi Avropa dövləti ilk olaraq tibb işçilərini çoxdan vaksinasiya etdirib. Avropanın ən kasıb ölkəsi olan Moldova isə peyvənd almağa imkanı olmadığı üçün indiyə qədər bir nəfərə də peyvənd vurulmayıb”.


Publika.az xəbər verir ki, bu barədə moldovalı yazıçı Paula Erizanu “The Guardian”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Moldovada indiyə qədər vaksinasiya işlərinin aparılmaması böyük problemdir. Ancaq yoluxma hallarının hər gün artdığını nəzərə alsaq, ölkədə başlıca problem səhiyyə sistemi və xəstəxanalardakı vəziyyətlə bağlıdır. Moldovadakı xəstəxanalar baxımsız vəziyyətdədir.

Yazıçı bildirib ki, xəstəxanalardan yayılan videolar şəraitin necə vahiməli olduğunu göstərir.

“Vətəndaşlar xəstəxana tualetində həyatlarını itirirlər”, - deyə yazıçı vurğulayıb.

 


Story Code: 918815

News Link :
https://www.islamtimes.org/az/news/918815/erizanu-həyəcan-təbili-çaldi-insanlar-xəstəxana-tualetlərində-ölürlər

Islam Times
  https://www.islamtimes.org