QR CodeQR Code

Səudiyyə koalisiyası daha bir qorxunc cinayətə imza atdı

إسلام تايمز , 28 Feb 2021 12:20

İslamTimes: Cinayətkar Səudiyyə koalisiyası Yəməndə bir ailənin 5 üzvünü yatdıqları yerdə qətlə yetirdi


Səudiyyə koalisiyasının pilotsuz təyyarəsi bu səhər Əl-Hudeyda şəhərində bir yaşayış binasını hədəf alıb. Raketlə vurulan evdə bir ailənin 5 üzvü yatdığı halda inanılmaz amansızlıqla qətlə yetirilib.

Yəmənin qərb hissəsində yerləşən sahil şəhəri olan Əl-Hudeyda Səna qüvvələrinin nəzarətindədir.

Əl-Məsirə veb saytının məlumatına görə, Bu şəhər əhalisi İsveçdəki Stokholm Sazişindən sonra bir neçə ildir sözdə "atəşkəs" şəraitində yaşayır. Amma Səudiyyə koalisiyası bu sazişi açıq şəkildə pozaraq bir daha heç bir beynəlxalq sazişə əhəmiyyət vermədiyini sübut edib və bu şəhərə hücumlar təşkil edib.

Səudiyyə Ərəbistanına məxsus pilotsuzun Sabir Əmin Abdullaha məxsus evi bomblayaraq gecə yarı, yatdıqları yerdə 5 nəfəri qətlə yetirməsi bütün dünyada etirazla qarşılanıb. Qeyd edək ki, qətlə yetirilən 5 nəfər arasında bir uşaq da olub.


Story Code: 918843

News Link :
https://www.islamtimes.org/az/news/918843/səudiyyə-koalisiyası-daha-bir-qorxunc-cinayətə-imza-atdı

Islam Times
  https://www.islamtimes.org