QR CodeQR Code

Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu

Deyerler , 28 Feb 2021 17:46

İslamtimes - Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.



Bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.
 
Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.
 
Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
 
Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.
 


Story Code: 918877

News Link :
https://www.islamtimes.org/az/news/918877/azərbaycan-ordusunun-əsgəri-minaya-düşüb-şəhid-oldu

Islam Times
  https://www.islamtimes.org