QR CodeQR Code

ABŞ İranın qərarına münasibət bildirdi

1 Mar 2021 01:43

İslamTimes: Ağ Ev İranın qeyri-formal görüşdən imtina etməsi ilə bağlı məyusluğunu bildirir və “P5+1” üzrə tərəfdaşlarla gələcək addımları müzakirə etmək niyyətindədir.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ qarşılıqlı şəkildə öhdəliklərə qayıtmaq üçün konstruktiv diplomatiyaya qayıtmağa hazırdır.

"Biz "P5 + 1" tərəfdaşlarımızla ən yaxşı yolları müzakirə edəcəyik", — deyə Ağ Evin nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan öncə İran hakimiyyətinin ABŞ və Avropa Birliyinin Tehranın nüvə proqramı ilə əlaqədar birbaşa diplomatik əlaqələrə başlamaq təklifi ilə razılaşmadığı məlum olub. Rəsmi Tehran bildirib ki, illərdir öz öhdəliklərini pozaraq İslam Respublikasına sanksiyalar tətbiq edən ABŞ-ın xoş niyyətini sübuta yetirmək üçün ilk öncə sanksiyaları ləğv etməsinin zəruridir.


Story Code: 918942

News Link :
https://www.islamtimes.org/az/news/918942/abş-iranın-qərarına-münasibət-bildirdi

Islam Times
  https://www.islamtimes.org