0
Monday 1 March 2021 - 08:58

Tramp Baydeni ABŞ-ı müharibəyə sürükləməkdə ittiham edib

Story Code : 918960
Tramp Baydeni ABŞ-ı müharibəyə sürükləməkdə ittiham edib
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp bazar günü Florida ştatının Orlando şəhərində ABŞ-ın mühafizəkar dairələrinin konfransında çıxış edərkən bildirib.

“Mən vəzifəmdən getdikdə, əslində sonsuz müharibələri dayandırdıq. 19 il Əfqanıstanda və biz burada hərbi mövcudluğumuzu, demək olar ki, sıfıra endirdik və indi eşidirəm ki, yeni administrasiya geriyə Əfqanıstana qayıtmaq istəyir”, - deyən Tramp son bir ildə Əfqanıstanda bir ABŞ əsgərinin belə ölmədiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, öz prezidentliyi dövründə Yaxın Şərqdə sülh müqavilələri imzalanıb, halbuki, “heç kim düşünə bilməzdi ki, bu, mümkün ola bilər”.