QR CodeQR Code

İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla müzakirə masasına oturmayacağını bildirib

1 Mar 2021 11:51

İslamTimes: “İran Avropa dövlətlərinin təklif etdiyi və ABŞ-ın olduğu danışıqlara getməyəcək. Co Bayden administrasiyası sabiq administrasiyanın maksmum təzyiq və sanksiya siyasətini hələ də dəyişməyib.”


SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O, ötən gün mətbuat konfransında bildirib ki, sanksiyalar götürülmədən və rəsmi Vaşinqtonun maksiumu təzyiq siyasətinin dəyişdiyi müşahidə edilmədən ABŞ-ın olduğu qrupla danışıqlar olmayacaq.

İran rəsmisi bildirib ki, ABŞ ilk növbədə BMT Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsini yerinə yetirməli, Avropa dövlətləri də onu bu işə sövq etməlidirlər.

Qeyd edək ki, Co Bayden Administrasiyası Trampın nüvə sazişindən çıxmasını tənqid etsə də və sabiq Administrasiyanın İrana qarşı maksimum təzyiq isyasətinin təsirsiz olduğunu bildirsə də, hələ nüvə sazişinə qayıtmayıb.


Story Code: 918997

News Link :
https://www.islamtimes.org/az/news/918997/iran-sanksiyalar-götürülmədən-abş-ın-olduğu-qrupla-müzakirə-masasına-oturmayacağını-bildirib

Islam Times
  https://www.islamtimes.org