QR CodeQR Code

İranın Qum şəhərində Qarabağla bağlı beynəlxalq konfrans keçirilir

Salamnews , 1 Mar 2021 15:27

İslamtimes - İranın Qum şəhərində “Qarabağ - 17 Rəbiul-əvvəl” adlı beynəlxalq konfrans keçirilməkdədir. Bu konfrasda İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Qarabağın Azərbaycanın ərazisi olması, işğala son qoyulması və sair fikirlərilə bağlı mövqeləri müzakirə edilir.



SalamNews xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 09.00-dan İranın Qum şəhərində “Qarabağ- 17 Rəbiul-əvvəl” adı altında beynəlxalq konfrans işinə başlayıb.
Ayətullah Xameneinin Məhəmməd Peyğəmbərin (s) mövlud günü münasibətilə Qarabağ münaqişəsilə bağlı bildirdiyi fikirlər sözügedən konfransın gündəmində yer alıb.
Ayətullah Xameneinin həmin zaman çıxışında səsləndirdiyi “Azərbaycan torpağı azad edilməlidir”, “Həmin ərazilərdə ermənilərin təhlükəsizliyi təmin edilməlidir”, “hər iki tərəf beynəlxalq sərhədlərə təcavüz etməməlidirlər”, “əgər terrorçular İranın sərhədinə yaxınlaşsalar cavab veriləcək”, kimi fikirləri bu konfransın gündəminin ana xətləri kimi nəzərdə tutulub.
Konfransa qatılanlar arasında, İranın Xarici işlər nazirinin müavini Abbas Əraqçi, İranın Dini elmi-hövzələrinin sədri Ayətulla Ərafi, Ayətullah Xameneinin müşaviri Əli-Əkbər Vilayəti, İranın Məsləhət Şurasının katibi Mohsen Rzayi, Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov və digər ölkələrdən dəvət edilmiş rəsmilər və ekspertlər də var.
 


Story Code: 919033

News Link :
https://www.islamtimes.org/az/news/919033/iranın-qum-şəhərində-qarabağla-bağlı-beynəlxalq-konfrans-keçirilir

Islam Times
  https://www.islamtimes.org