0
Monday 1 March 2021 - 17:49

Pompeo: Camal Kaşıkçının qətli ilə bağlı hesabata görə təəssüflənirəm

Story Code : 919077
Pompeo: Camal Kaşıkçının qətli ilə bağlı hesabata görə təəssüflənirəm
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Kaşıkçının qətlindəki rolunu vurğulayan bir hesabatın yayımlanmasına görə təəssüfləndiyini bildirib.

Hill News xəbər verir ki, uzun illər ABŞ-Səudiyyə əlaqələrini gücləndirmək üçün İrana qarşı koalisiya qurmağa vaxt sərf edən Pompeo Fox News-a verdiyi müsahibədə bu hesabata görə yeni ABŞ hökumətini tənqid atəşinə tutub.

Keçmiş dövlət katibi deyib: "Bu hesabatın dərc edilməsi böyük səhlənkarlıq və yanlış siyasi gediş idi. Bu işdə məqsəd, kəşfiyyat məlumatlarından istifadə edilərək Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətləri pozmaqdan başqa bir şey deyil. Keçmiş bir CIA rəhbəri kimi, bu addımı heç vəchlə təsdiqləyə bilmərəm."