QR CodeQR Code

Pompeo: Camal Kaşıkçının qətli ilə bağlı hesabata görə təəssüflənirəm

إسلام تايمز , 1 Mar 2021 17:49

İslamTimes: Sabiq ABŞ dövlət katibi Camal Kaşıkçının qətli ilə bağlı Səudiyyə Şahzadəsinin iştirakını vurğulayan hesabata görə təəssüfləndiyini bildirib


ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Kaşıkçının qətlindəki rolunu vurğulayan bir hesabatın yayımlanmasına görə təəssüfləndiyini bildirib.

Hill News xəbər verir ki, uzun illər ABŞ-Səudiyyə əlaqələrini gücləndirmək üçün İrana qarşı koalisiya qurmağa vaxt sərf edən Pompeo Fox News-a verdiyi müsahibədə bu hesabata görə yeni ABŞ hökumətini tənqid atəşinə tutub.

Keçmiş dövlət katibi deyib: "Bu hesabatın dərc edilməsi böyük səhlənkarlıq və yanlış siyasi gediş idi. Bu işdə məqsəd, kəşfiyyat məlumatlarından istifadə edilərək Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətləri pozmaqdan başqa bir şey deyil. Keçmiş bir CIA rəhbəri kimi, bu addımı heç vəchlə təsdiqləyə bilmərəm." 


Story Code: 919077

News Link :
https://www.islamtimes.org/az/news/919077/pompeo-camal-kaşıkçının-qətli-ilə-bağlı-hesabata-görə-təəssüflənirəm

Islam Times
  https://www.islamtimes.org