Səudiyyə ilə münasibətlərimiz bundan asılıdır - ABŞ
Story Code : 919161
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.
Onun sözlərinə görə, Vaşinqton iki ölkə arasındakı dialoqun ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün vacib olduğunu hesab edir.
“ABŞ administrasiyası Səudiyyə rəhbərliyi üçün açıq siqnal göndərdi. Birgə işləməyin vacibliyini, ortaq maraqlarımızı və prioritetlərimizi əks etdirəcək bir tərəfdaşlıq bizi maraqlandırır. Amma bu da böyük açıqlıq, məsuliyyət və ABŞ dəyərləri ilə müşayiət olunmalıdır. Məqsədimiz bu tərəfdaşlığı gələcəkdə daha da davamlı etməkdir”, - Prays bildirib.