QR CodeQR Code

ABŞ: İranın nüvə proqramı ilə bağlı ən yaxşı həll yolu 5+1 formatında danışıqlardır

إسلام تايمز , 2 Mar 2021 12:15

İslamTimes: Dövlət Departamenti: İranın nüvə proqramı haqqında danışmaq üçün ən yaxşı məkan 5+1 formatında danışıqlardır


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi axşam gündəlik mətbuat konfransında çıxış edərək, İranla imzalanmış nüvə razılaşması, Səudiyyə Ərəbistanı ilə bağlı bir təhlükəsizlik hesabatı və Rusiyaya davamlı təzyiq kimi məsələlər barədə danışıb.

İranın nüvə anlaşmasının taleyi barədə suala cavab verən Ned Prays deyib: "ABŞ-la İran arasında nüvə məsələsi ilə bağlı danışıqlar üçün ən yaxşı məkan 5+1 formatında danışıqlardır. İranla 5+1 formatında danışıqlara hazır olduğumuzu açıq şəkildə bildirmişik."

Ned Prays İranın sanksiyalar götürülmədən danışıqlara başlamaq niyyətində olmadığını bildirməsinə görə ABŞ-ın namümid olduğunu bildirib.


Story Code: 919193

News Link :
https://www.islamtimes.org/az/news/919193/abş-iranın-nüvə-proqramı-ilə-bağlı-ən-yaxşı-həll-yolu-5-1-formatında-danışıqlardır

Islam Times
  https://www.islamtimes.org